Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu baş tutub.
"Football-plus.az" xəbər verir ki, millimiz Monteneqronu qəbul edib. Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız dünya çempionatının finalına yüksəlib. Komandamızın heyətində qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurub.
Digər matçda Macarıstan Serbiya ilə qarşılaşacaq.
Qeyd edək ki,yığmamız qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib.
Kollektiv dünən 1/4 finalda İngiltərəni məğlub edib - 2:1.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta