Bu gün Bakıda keçirilən minifutbol üzrə Dünya Çempionatında yarımfinal oyunları olacaq.
Modern.az xəbər veirr ki, Azərbaycan millisi Monteneqronu qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Digər matçda isə Macarıstan Serbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Komandamız 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Millimiz ötən gün 1/4 finalda İngiltərəni məğlub edib - 2:1.
30 may
Dünya çempionatı
1/2 final
20:00. Azərbaycan - Monteneqro
21:30. Macarıstan - Serbiya