AZ

Azərbaycan millisi finala yüksəldi -

style='margin-bottom:10px;'>

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin matçları oynanılıb.

QOL.az xəbər verir ki, hər iki görüş eyni gündə keçirilib.

Azərbaycan millisi Monteneqronu qəbul edib. Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da millimiz dünya çempionatının finalına yüksəlib. Komandamızın heyətində qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurub. 

Digər matçda isə Macarıstan Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki,  Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Yığmamız ötən gün isə 1/4 finalda İngiltərəni məğlub edib - 2:1.

30 may

Dünya çempionatı

1/2 final

20:00. Azərbaycan - Monteneqro - 2:1

21:30. Macarıstan - Serbiya

Seçilən
0
1
teleqraf.com

10Mənbələr