AZ

Millimiz DÇ-də yarımfinal matçına çıxır

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin matçları oynanılacaq.

​​​​​​"Cebheinfo.az" xəbər veirr ki, hər iki görüş eyni gündə keçiriləcək.

Azərbaycan millisi Monteneqronu qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Digər matçda isə Macarıstan Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki,  Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Yığmamız ötən gün isə 1/4 finalda İngiltərəni məğlub edib - 2:1.

​​​​​​"Cebheinfo.az"

Seçilən
0
4
cebheinfo.az

10Mənbələr