AZ

Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq

12:07 30.05.2025
12:07 30.05.2025

Bu gün Bakıda keçirilən minifutbol üzrə Dünya Çempionatında yarımfinal oyunları olacaq.

Mynews.az xəbər verir ki, Azərbaycan millisi Monteneqronu qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Digər matçda isə Macarıstan Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki,  Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Komandamız 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Millimiz ötən gün 1/4 finalda İngiltərəni məğlub edib - 2:1.

30 may

Dünya çempionatı

1/2 final

20:00. Azərbaycan - Monteneqro

21:30. Macarıstan - Serbiya


Seçilən
0
4
mynews.az

10Mənbələr