Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 321,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.
Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 8,6 % azalaraq 187,7 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 32,1 % artaraq 105,8 milyon ABŞ dolları olub.
Ötən 4 ayda Azərbaycan həmçinin İsveçrəyə 100,5 milyon ABŞ dolları (3 dəfə çox), Ukraynaya isə 63 milyon ABŞ dolları (2,2 dəfə çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.