AZ

Azərbaycan qızıl ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

FED.az  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64 milyon ABŞ dolları və yaxud 3 dəfə çoxdur.

Təkcə apreldə isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,3 milyon manat və ya 2,3 dəfə çoxdur.

Seçilən
0
6
fed.az

10Mənbələr