Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir ki, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə və ya 64 milyon ABŞ dolları çoxdur.
Qeyd edək ki, cari ilin aprel ayı ərzində Azərbaycandan 30,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bu isə illik müqayisədə 2,3 dəfə çoxdur.