Bu ilin yanvar-aprel aylarında Azərbaycan 74,7 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin ayı ilə müqayisədə 3,5 milyon ABŞ dolları və yaxud 4,9 % çoxdur.
Təkcə apreldə isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,7 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.