AZ

Azərbaycan qızıl ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 64 milyon ABŞ dolları və yaxud 3 dəfə çoxdur.

Təkcə aprel isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Seçilən
0
6
report.az

10Mənbələr