AZ

Ukrayna Moskvanı DAĞIDIR: Müharibə Rusiya ərazisinə KEÇDİ, üç bölgə ATƏŞ ALTINDA!–dəhşətli DAĞINTILAR

Krasnodarda neft emalı zavodu vuruldu, Kursk və Belqorod atəşə tutuldu, yaralılar var, “Rusiyaya Azadlıq” legionu Moskvaya hücum anonsu verdi; ekspertlər hesab edir ki, Kiyevin mesajıdır - sizin də rahatlığınız pozulacaq...

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Moskvaya dron hücumu ilə bağlı mövqeyini “ən alçaq” adlandırıb.
Ukrayna növbəti dəfə dronlarla Moskvaya hücum edib.

Musavat.com xəbər verir ki, Rusiya rəsmiləri və Teleqram kanalları vurulan pilotsuz uçuş aparatının qalıqlarının Moskvanın cənub-qərbində yerləşən Vernadski prospektindəki yaşayış binasına düşdüyünü bildiriblər.

"Düşmənə məxsus pilotsuz uçuş aparatının hücumunun dəf edilməsi nəticəsində Vernadski prospektində yerləşən binada ilkin məlumata görə, ciddi ziyan və xəsarət alan yoxdur. Hadisə yerində müvafiq xidmətlərin əməkdaşları çalışır", - Moskva meri Sergey Sobyanin Teleqram kanalında yazıb.
O, daha əvvəl Moskvaya edilən üç dron hücumunun qarşısının alındığını açıqlayıb.

"Baza" Teleqram kanalı isə bildirib ki, hadisə "Miraks Park" yaşayış kompleksində – "Yuqo-Zapadnaya" metro stansiyasının yaxınlığında baş verib. Yerli sakinlərin sözlərinə görə, bəzi mənzillərdə dron qalıqları şüşələrin sınmasına səbəb olub. Onların bildirdiyinə görə, xəsarət alan yoxdur.
Rusiya mediası əlavə edir ki, binanın bir neçə mərtəbəsi boyunca fasadı zədələnib.

Hadisə yerinin yaxınlığında Rusiya Baş Qərargahının Hərbi Akademiyası yerləşir.

Partlayış səsləri barədə Moskvaətrafı Odintsovo və Aprelevka sakinləri də məlumat veriblər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız millət vəkili Erkin Qədirlidir. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

Seçilən
0
1
musavat.com

10Mənbələr