AZ

Ukrayna PUA-ları Moskvaya hücum edib – Yaşayış binaları zədələndi


Ukrayna Silahlı Qüvvələri mayın 28-nə keçən gecə Moskvaya hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat yayıb. 
Bildirilib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya uçan 33 pilotsuz təyyarəni vurub.
Zelenoqradda dron “Elma” texnoparkının binasını vurub. Hücum anı hadisə şahidləri tərəfindən videoya çəkilib. Binanın içərisində lentə alınan görüntülərə görə, qapılar və asma tavanlar zədələnib. Texnoparkın yaxınlığında dayanmış avtomobil tamamilə yanıb. 
Moskva vilayətində, vilayətin qubernatoru Andrey Vorobyovun verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri 12 bələdiyyədə 42 Ukrayna pilotsuz təyyarəsini vurub. Çexovdakı hücum nəticəsində üç yaşayış binasına ziyan dəyib, itki yoxdur. Bryansk vilayətində Rusiya hərbçiləri ən azı 59 pilotsuz təyyarəni vurub, qubernator Aleksandr Boqomaz bildirib. Onun sözlərinə görə, Bryanskın Fokinski rayonunda hücum nəticəsində üç yaşayış binası, ticarət obyektləri və avtomobillərə ziyan dəyib, lakin itki yoxdur.
Smolensk vilayətində, səlahiyyətlilərin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin hərbçiləri Ukraynaya məxsus 11 pilotsuz uçan aparatı, Kaluqa vilayətində 15, Tula vilayətində isə 13 pilotsuz təyyarəni məhv edib.
Seçilən
0
18
yeniavaz.com

10Mənbələr