“33 Ukrayna pilotsuz təyyarəsi şəhərə yaxınlaşarkən vurulub”.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz teleqram kanalında məlumat verib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi düşmən pilotsuz təyyarələrinin hücumlarını dəf etməkdə davam edir. Moskvaya hücum edən 4 pilotsuz uçuş aparatı məhv edilib. İlkin məlumata görə, ciddi tələfat yoxdur. Dağıntıların olduğu yerdə təcili yardım xidmətləri işləyir", - Sobyanin buldirib.
Hava hücumlarından sonra Moskva hava qovşağının bütün hava limanları - Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski uçuşları dayandırıb. Moskvaya qonşu regionların hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.
Sobyanin həmçinin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Zelenoqrad üzərində pilotsuz təyyarənin hücumunu dəf edib. "İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat yoxdur. Dağıntılar yerində müvafiq xidmətlərin mütəxəssisləri işləyir", - o yazıb.
Sobyanin şəhər səmasında neçə pilotsuz təyyarənin vurulduğunu dəqiqləşdirməyib.
Rusiya teleqram kanalları isə yazır ki, Zelenoqradda pilotsuz uçan aparatın qalıqları düşməsi nəticəsində avtomobil yanıb. Məlumata görə, dağıntılar Elma texnoparkının binasının yaxınlığında düşüb.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa ötən gecə Kaluqa vilayətində 15 pilotsuz təyyarənin vurulduğunu bildirib.
Bizim.Media