Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Msport.az xəbər verir ki, bu gün turnirin 1/4 final mərhələsinin oyunları baş tutacaq.
Milli Gimnastika Arenasında 8 komanda yarımfinala vəsiqə uğrunda yarışacaq. Əvvəlki raundda dünya çempionu Rumıniyanı üstələyən Azərbaycan millisi bu dəfə İngiltərəni sınağa çəkəcək.
Dünya çempionatı
1/4 final
29 may
17:30. Macarıstan – Mavritaniya
19:00. Monteneqro – Çexiya
20:30. İngiltərə – Azərbaycan
22:00. Bosniya və Herseqovina – Serbiya
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.