BAKI, 28 may. TELEQRAF
Ağbaş qazlar Finlandiya kənd təsərrüfatına ciddi ziyan vurur.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Kənd Təsərrüfatı və Meşə İstehsalçıları Federasiyası məlumat yayıb.
Bildirilir ki, mütəxəssislər 2025-ci ilin yazında quşların rekord miqdarda məhsulu məhv edə biləcəyini və bunun da aclıq təhlükəsinə səbəb olacağını proqnozlaşdırır.
Ölkədəki mövcud vəziyyət fövqəladə tədbirlərin görülməsini tələb edir. Bununla belə, ağbaş qazlar qorunan bir növdür və onların ovlanması ciddi şəkildə tənzimlənir. Quşları ovlamaq üçün icazə almaq son dərəcə mürəkkəb və ağır işdir.