Qazlar Finlandiya kənd təsərrüfatına ciddi ziyan vurur.
Publika.az xəbər verir ki, bu barədə Finlandiya Kənd Təsərrüfatı və Meşə İstehsalçıları Federasiyası (MTK) məlumat yayıb.
Mütəxəssislər 2025-ci ilin yazında quşların rekord miqdarda məhsulu məhv edə biləcəyini və bunun da aclıq təhlükəsinə səbəb ola biləcəyini proqnozlaşdırırlar. Ölkədəki mövcud vəziyyət fövqəladə tədbirlərin görülməsini tələb edir. Bununla belə, qazlar qorunan bir növdür və onların ovlanması ciddi şəkildə tənzimlənir. Quşları ovlamaq üçün icazə almaq son dərəcə mürəkkəb və ağır işdir.
MTK İdarə Heyətinin sədri Juha Marttila bildirib ki, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi və Ekologiya Nazirliyi təcili olaraq vəziyyətdən çıxış yolu tapmalıdır. Buna nail olmaq üçün Avropa Birliyinin mövcud konvensiyalarını pozmaq olar .