Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) məlumatına görə, bu il Suriyada müşahidə olunanşiddətli quraqlıq yerli taxıl bitkilərinin təxminən 75 faizininməhv olmasına səbəb ola bilər.
Trend-in “Reuters”agentliyinə istinadla verdiyi məlumata görə, bunu FAO-nunSuriyadakı nümayəndəsi Toni Ettel bildirib. Onun sözlərinə görə, buil ölkədə təxminən 2,7 milyon ton buğda kəsiri yaranacağıgözlənilir. Bu isə 16,3 milyon insanı il ərzində qidalandırmaq üçünkifayət etməyəcək.
Quraqlıq səbəbilə buğda istehsal edən fermerlər ciddi məhsulitkisi ilə üzləşiblər. Bu vəziyyət artıq 13 ildir vətəndaşmüharibəsi, hərbi əməliyyatlar və bombardmanlardan əziyyət çəkənSuriyanın kənd təsərrüfatı sektoruna növbəti ağır zərbə olub.
Xüsusilə Hələb əyalətinin şimalında suvarmanın olmaması vəyağıntısızlıq aqrar sektora ciddi təsir göstərib.
Toni Ettelin sözlərinə görə, lazımi maliyyə və texnologiyalarınbölgəyə axını kənd təsərrüfatının suvarma və infrastruktursahələrində yenilənməsi üçün həyati əhəmiyyət kəsb edir və sektorucanlandıra bilər.
Bu arada, ABŞ Prezidenti Donald Tramp ötən həftə verdiyigözlənilməz açıqlamada Suriyaya qarşı tətbiq edilən bütünsanksiyaların ləğvinə dair göstəriş verəcəyini bəyan edib.Gözlənilir ki, Vaşinqton yaxın həftələrdə bəzi sanksiyalarıyüngülləşdirməyə başlayacaq.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isəbildirib ki, nazirlərin Aİ-nin Suriyaya qarşı tətbiq etdiyiiqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəyinə ümidedir. Aİ artıq enerji, nəqliyyat və yenidənqurma, həmçinin onlarlaəlaqəli maliyyə əməliyyatlarına dair bəzi sanksiyaları yumşaldıb.Lakin ekspertlər hesab edirlər ki, bu tədbirlər siyasi keçidi vəölkənin iqtisadi bərpasını təmin etmək üçün kifayət etmir.