Fransalı sol cinah müdafiəçisi Ferlan Mendi yay transfer dönəmində böyük ehtimalla “Real”ı tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “kral klubu”nun gələcək baş məşqçisi Xabi Alonso 29 yaşlı futbolçunun oyun üslubunu və bacarıqlarını bəyənmir. Onun öz sisteminə uyğun gəlmədiyini düşünür. Buna görə də Madrid klubunun rəhbərliyi Mendi ilə yolları ayırmaq qərarı verib.