“Real”ın cinah oyunçusu Rodriqo böyük ehtimalla “kral klubu”nda bir daha oynamayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Madrid-Darcelona” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klubun prezidenti Florentino Peres 24 yaşlı futbolçunun komandada oynamağa kifayət qədər motivasiyasının olmadığına inanır.
Məsələ ondadır ki, Rodriqo “Barselona”ya 3:4 hesabıyla uduzulan oyundan əvvəl bildirib ki, matç üçün gücü qalmayıb. Bu isə həm məşqçilər korpusunu, həm də “Real” rəhbərliyini qəzəbləndirib. Məhz bu səbəbdən oyunçu “El-klasiko”da bir dəqiqə belə meydanda olmayıb və yayda onun satılması planlaşdırılır.