“Real Madrid”in gələcək baş məşqçisi kimi göstərilən Xabi Alonso işə erkən başlayıb.
Ölkə.Az Offsideplus.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klub rəhbərliyinə heyətdə görmək istəmədiyi futbolçuların siyahısını təqdim edib.
Məlumata görə, Alonso bu 5 futbolçunun gələcək planlarda yer almadığını bildirib:
Lukas Vaskes
Ferlan Mendi
Rodriqo
Brahim Dias
Dani Sebalyos
Gözlənilir ki, bu oyunçular yay transfer pəncərəsində satış siyahısına daxil ediləcək.