Tezliklə “Real Madrid”in baş məşqçisi olacağı gözlənilən Xabi Alonso rəhbərlikdən “Bayer”in müdafiəçisi Aleks Qrimaldonun transferini istəyib.
90deqiqe.az “Relevo”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 29 yaşlı futbolçunu “Kral Klubu”nun heyətində görmək arzusundadır.
“Real Madrid” rəhbərliyi artıq Qrimaldonun transferi ilə bağlı futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.
Qrimaldonun transfer dəyərini 40 milyon avro qiymətləndirilir. Qeyd edək ki, Aleks "Barselona"nın yetirməsidir.