“Bayer Leverkuzen”in müdafiəçisi Alexandro Qrimaldo karyerasını “Real”da davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı ispaniyalı futbolçunun transferində Madrid klubunun baş məşqçi postuna keçməsi gözlənilən Xabi Alonso maraqlıdır.
Qrimaldo “Barselona” akademiyasının yetirməsidir. O, 2023-cü ildən “Bayer”də çıxış edir. Cari mövsümdə bütün turnirlər üzrə 47 oyuna çıxan müdafiəçi 4 qol vurub və 13 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.