AZ

Goranboyda dərmandan zəhərlənmə:

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. 

 

Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

 

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
0
10
senzor.az

10Mənbələr