Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.