AZ

Goranboyda 64 baş heyvan zəhərlənmədən tələf oldu

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, hadisə Tatarlı kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
0
9
yenisabah.az

10Mənbələr