AZ

Goranboyda 64 baş iribuynuzlu heyvan tələf olub

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.


İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Seçilən
0
9
sherg.az

10Mənbələr