Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, hadisə Tatarlı kəndində qeydə alınıb.
1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.