RU

Lamin Yamal La Liqada daha bir rekord müəyyənləşdirdi

“Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, yeniyetmə sağ cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında daha bir rekord müəyyənləşdirib.

Arena.az məlumat verir ki, Yamal La Liqanın 2024/2025-ci illər mövsümündə 15 məhsuldar ötürmə verib və müvafiq göstəricidə mövsümün ən məhsuldar futbolçusu olub.

“Opta Sports” statistik internet-portalının məlumatına görə, XXI əsrdə 20 yaşa qədər futbolçular arasında heç kim bu qədər məhsudlar ötürmə verməyib.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Избранный
0
14
arena.az

10Источники