AZ

Premyer-liqada hamını arxada qoydu

İngiltərə premyer-liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Liverpul”un hücumçusu Məhəmməd Salah olub. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu premyer-liqanın 2024/25 mövsümündə 37 matçda meydana çıxıb, 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Məhəmməd “Liverpul”la liqanın qalibi olub.

Misirli hücumçu komandada 2017-ci ildən çıxış edir. O, ötən müddət ərzində bütün turnirlərdə 400 oyun keçirib, 244 qol vurub və 113 məhsuldar ötürmə edib. Salahın klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
0
41
football-plus.az

10Mənbələr