AZ

Rafinya “Barselona” ilə yeni müqaviləyə imza atdı

İspaniyanın “Barselona” klubu braziliyalı ulduzu, 28 yaşlı cinah hücumçusu Rafinya ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya nəhənginin mətbuat xidməti məlumat yayıb.

Hücumçunun yeni sözləşməsinin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədəydi.

Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı futbolçu “Barselona” üçün bütün yarışlarda 56 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 143 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
25
arena.az

10Mənbələr