AZ

Avropa Liqası: "Qarabağ"la başladı, kuboku qazandı

BAKI. 22 may. TELEQRAF

UEFA Avropa Liqasında final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda təşkil olunmuş görüşdə İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.

Almaniyalı baş hakim Feliks Tsvayerin idarə etdiyi matç "Tottenhem"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Bununla da "Tottenhem" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub və 2025/2026 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.

London təmsilçisi əvvəllər 1972 və 1984-cü illərdə UEFA Kubokunu, 1963-cü ildə Kuboklar Kubokunu qazanıb. Son illərdə isə "Tottenhem"in ən böyük uğuru 2019-cu ildə Çempionlar Liqasının finalı olub. Həmin vaxt "mahmuzlar" həlledici qarşılaşmada İngiltərənin daha bir təmsilçisi "Liverpul"a uduzub - 0:2.

Qeyd edək ki, "Tottenhem" bu mövsüm Avropa Liqasında ilk görüşünü 2024-cü il sentyabrın 26-da "Qarabağ"a qarşı keçirib. Londonda təşkil olunmuş matçda baş məşqçi Angelos Postekoğlunun komandası 7-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq, 10 futbolçu ilə 3:0 hesablı qələbə qazanıb.

Seçilən
0
17
teleqraf.com

10Mənbələr