IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Etibar Həsənzadənin imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, "Vətən uğrunda", "Könlümlə söhbət", "Gecikmiş etiraf", "Bir həyat romanı", "Duyğular dinsin", "Mən şəhid olacam ana", "Eşqin heykəli" adlı kitabların müəllifidir.
MÖVZU İLƏ BAĞLI:
Fikrət Qocanın ən sevilən şeirləri səsləndirildi – FOTO
E.Həsənzadə 2013-cü ildən müxtəlif mövzularda yazdığı şeir və hekayələri ilə oxucularin görüsünə gəlir.
Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Sanat Kültür Ədəbiyyat və Bilim Federasiyasının, Türkmənistan Yazıçılar Birliyinin və Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin fəxri üzvüdür.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media