IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xurşidbanu Natəvanın xatirəsi anılıb.
Bizim.Media xəbər verir ki, tədbir akademik Teymur Kərimlinin moderatorluğu ilə keçirilib.
Tədbirdə şairin "Gül dəftəri" şeirlər kitabı təqdim olunub. Şairin sevgiyə, təbiətə həsr olunmuş şeirləri şairlər tərəfindən səsləndirilib.
Qeyd edək ki, festivalın 5-ci günü Azərbaycan və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta