AZ

Kərəm Salahoğlunun imza günü keçirildi – FOTO

Bu gün IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Kərəm Salahoğlunun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, festivalda şairin kitabları maraqla qarşılanıb.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan şair doqquz kitab müəllifidir.

Onun Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Müstəqilliyimizin xilaskarı " adlı əsəri Respublika üzrə birinci mükafata layiq görülüb.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.









Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
4
bizim.media

10Mənbələr