AZ

Festivalda türkiyəli şair Nihal Atsızın şeirləri səsləndirildi – FOTO

Xəbər verdiyimiz kimi, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü keçirilir və bu gün Türkiyəyə həsr olunub.

Bizim.Media xəbər verir ki, festivalda türkoloq, şair Nihal Atsıza həsr olunmuş panel təşkil edilib.

Panel filologiya elmləri doktoru Eşqanə Babayevanın moderatorluğu ilə baş tutub.

Eşqanə Babayeva çıxışında şairin şeirlərini səsləndirib və onun yaradıcılığı, milli düşüncəsi haqqında geniş nitq söyləyib.

Həmçinin, Nihal Atsız tədqiqatçısı Hicran Əhməd çıxış edərək onun türk tarixinə həsr etdiyi əsərlərdən danışıb.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.










Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
4
bizim.media

10Mənbələr