IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında konsert təşkil edilib.
Bizim.Media xəbər verir ki, konsertdə Nurəli Cavadov çıxış edib.
Onun ifa etdiyi Azərbaycanın dahi şairi Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirinə bəstələnən məşhur mahnı tamaşaçılar, festival iştirakçıları tərəfindən maraqla, sevgi ilə qarşılanıb.
O, həmçinin, bir neçə Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edib.
Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta