AZ

Şair Telman Axıncının imza günü keçirildi – FOTO

lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Telman Axıncının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin "Bir ömür də istəyirəm", "Nə yaxşı ki...", "Axınıcının səsiyəm" kitabları oxuculara təqdim olunub.
 

Yaradıcılığa gənc yaşlarından başlamış şair vətənpərvərlik, milli dəyərlər və təbiət, sevgi haqqında şeirlər yazır.


T.Axıncı şəhid general-mayor Polad Həşimova poema həsr edib.

Qeyd edək ki, mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.







Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
4
bizim.media

10Mənbələr