IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazıçı-şair, jurnalist Aliyə Rzayevanın "Gözlərimin qibləsi", "Həsrətin izi" kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, o, "Qızıl qələm" media mükafatı laureatıdır və "Xan qızı Natəvan" ali media mükafatına, 2022-ci ildə isə "İlin yazıçı-şairi"media mükafatına layiq görülüb.
Aliyə Rzayeva həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Dünya Yazarlar Birliyinin üzvüdür.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media