IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatçısı yazıçı-şair Sevda Səfərlinin "Şuşanamə", "Vətən sizə oğul dedi", "Xarıbülbül həsrəti" kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, Sevda Səfərli həm də "Şairlər - dünyanın tənha adası", "Qarabağım", "Vətən", "Zirvələrə doğru", "Şuşa-xan şəhərim" adlı antologiyaların redaktorudur.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta