EN

Dayandur Sevginin əsərləri böyük maraqla qarşılandı – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz " jurnalının redaksiya heyətinin üzvü şair Dayandur Sevginin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin "Dərdi şairindi bu yer üzünün" kitabı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.

Onun şeirləri özbək, qazax, rus diiərinə tərcümə edilərək ədəbi dərgilərdə və antologiyalarda dərc olunub.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.








Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
0
22
bizim.media

10Sources