EN

Fatimə Məhəmməqızının əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sərgiləndi – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı Fatimə Məhəmməd qızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Fatimə Məhəmməd qızı "Sabaha boylanan ömür", “Bir yarpaq sevgi", "Ürəkdən ürəyə gedən yoldayam", "Ömür səhifələri" adlı şeirlər kitablarının və "Zəfər ətirlidir Azərbaycanım" adlı şəhidlər haqqında xatirələr toplusunun müəllifidir.  
 

MÖVZU İLƏ BAĞLI:

Macarıstanlı şairlər IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında – FOTO


Mikayil Müşfiq və Xan qızı Natəvan ədəbi mükafatlarına layiq görülüb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 


IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

Chosen
0
48
bizim.media

10Sources