EN

Bakıda Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başladı - FOTO

Bakıda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.
 
Moderator.az xəbər verir ki, festival 24-31 may tarixində Elmlər Akademiyası parkında təşkil ediləcək.
 
Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
 
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə keçirilir.
Chosen
0
11
moderator.az

10Sources