AZ

Elçin Süleymanov "Arzular Arazda qaldı" kitabını oxuculara TƏQDİM ETDİ - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Elçin Süleymanovun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazar oxucular üçün müəllifi olduğu "Arzular Arazda qaldı" kitabını təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri MÜZAKİRƏ EDİLDİ - FOTO


Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr