AZ

Motivasiya kitablarının müəllifi Səidə İkiqainin imza günü KEÇİRİLDİ - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Motivasiya kitablarının fəal müəllifi Səidə İkiqainin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc İkiqai "100 ibrətamiz hekayə", "Nikbinliyin sirri", "Uşaqlarla ünsiyyət necə saxlamalı" kitablarının müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

Gülsaira Möminova və Nurəngiz Günün xatirəsinə həsr olunmuş poeziya paneli KEÇİRİLDİ - FOTO


Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.












Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr