AZ

Nazlı Hacılının vətənpərvərlik ruhunda şeirləri maraqla QARŞILANDI – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Nazlı Hacılının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, onun vətənpərvərlik ruhunda yazdığı şeirlər maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

 İmran Güllübulaqlının əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sərgiləndi – FOTO


Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Nazlı Hacılı "Dağın dağdan ağır gəlir", "Daha məni gözləmə", "Bacarırsan yaşa mənsiz", "Yuxularım çin olacaq", "Başımın tacısan, can Azərbaycan", "Kayboldu yıllarımız" və sair kimi 19 kitabın müəllifidir.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.







Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr