Cəlilabad rayonunda avtomobil 10 yaşlı məktəblini vurub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.