AZ

Cəlilabadda avtomobil 10 yaşlı qızı vuraraq öldürüb 

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
0
6
poliqon.info

10Mənbələr