AZ

Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü

Cəlilabad rayonunda avtomobil 10 yaşlı məktəblini vurub.

Modern.az xəbər verir kİ, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mayın 7-də saat 15 radələrində A.Əlilinin idarə etdiyi "VAZ" markalı avtomobillə Cəlilabad rayonunun Təklə kəndində hərəkətdə olarkən piyada 2015-ci il təvəllüdlü A.Ağazadəni vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Seçilən
0
4
modern.az

10Mənbələr