Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
A.Əlili idarə etdiyi "VAZ" markalı avtomobillə kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.