AZ

ABŞ-ın Çinə qarşı sanksiyaları milyardların itirilməsinə səbəb olur - ETİRAZ

ABŞ-ın Çinə qarşı tətbiq etdiyi məhdudiyyətlər nəticə vermir.

Gundem.az xəbər verir ki, bunu "Nvidia"nın baş direktoru Censen Huanq deyib.

O, jurnalistlərə sənayenin vəziyyəti haqqında danışıb. Ən böyük yarımkeçirici istehsalçısının rəhbəri Çinə qarşı ticarət məhdudiyyətlərinin işə yaramadığını bildirib və ABŞ sanksiyalarını pisləyib.

"İxrac nəzarəti bizim sadəcə olaraq bir neçə milyard dolları silməmizlə nəticələnib. Və sonra şirkət səhmlərini itirdi", -deyə Censen Huanq qeyd edib.

Onun sözlərinə görə, "Nvidia" Çin bazarı üçün "H20" çiplərinin ixrac modelini hazırlamaq üçün çox vaxt və pul sərf edib, sonra isə sadəcə olaraq komponentlərin tədarükü qadağan edilib.

O, keçmiş prezident Co Bayden administrasiyası tərəfindən Çinə qarşı tətbiq edilən sanksiyalarını tənqid edib. Bildirib ki, Baydenin prezidentliyinin əvvəlində onun şirkətinin Çindəki payı 95 faiz olub, dörd ildən sonra isə 50 faizə düşüb. Eyni zamanda, Huanq ABŞ-ın hazırkı prezidenti Donald Trampın hərəkətlərinə də etiraz edib. /Publika.az

Seçilən
0
1
gundem.az

10Mənbələr